EN

“Əminə xanım heç vaxt təkrar olunmayacaq” Fərhad Bədəlbəyli VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“Əminə xanım böyük ustaddır və o, heç vaxt təkrar olunmayacaq”. Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fərhad Bədəlbəyli Əminə Yusifqızının vida mərasimində jurnalistlərə açıqlamasında deyib.O, Əminə Yusifqızı ilə xatirələrini bölüşüb:

 

“Mənim üçün çox əziz insandır. Atam, mən və Əminə xanım Aktyorlar Evində neçə-neçə tədbirlər təşkil etmişik. Xoşbəxtəm ki, Əminə xanıımla gözəl proyektin üzərində işləyirdik. Gözəl və azad xanım idi. Heç kimdən heç nə istəmirdi və xahiş etmirdi. Onun səsi daim yaşayacaq.

Dünən axşam da səsinə qulaq asdım, möcüzədi. Ailə həyatında da hər şey gözəl idi və özü də xoşbəxt idi”.

Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
bizim.media

10Sources