EN

HEYDƏR ƏLİYEV HAVA LİMANINDA İZDİHAM... - Nə baş verir? + VİDEO

Məlum olduğu kimi, yeni qaydaya əsasən artıq Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətində hərəkət edərkən yalnız ərazidə fəaliyyət göstərən “London taksi”lərinin xidmətindən istifadə etmək mümkündür.

Hazırda “London taksi”ləri ilə aeroportdan şəhər mərkəzinə getmək isə kifayət qədər baha qiymətə başa gəlir. Hazırda şəhər mərkəzi və ətraf ərazilərə gedişin qiyməti 25-35 manat aralığında dəyişir Qeyd edək ki, sözügedən qərardan əvvəl bu məsafələrə “Bolt” və “Uber” vasitəsilə 10-15 manata getmək mümkün idi.

Sosial şəbəkələrdə yayılan videolarda isə hava limanında izdiham yarandığı, bir çox sərnişinin taksi tapa bilmədiyi görünür. Qiymət baha olduğundan taksi xidmətindən yaralana bilməyən vətəndaşlar çıxış yolu kimi yalnız ərazidə fəaliyyət göstərən və şəhər istiqamətində hərəkət edən avtobuslardan yararlanmaq məcburiyyətində qalıblar.

AzPolitika.info

 

Chosen
25
1
hurriyyet.az

2Sources