EN

Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü dünya çempionatında bürünc medal qazanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvü Rəsul Zəkiyev (88 kiloqram) Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 19 yaşlı paralimpiyaçı üç hərəkətin cəmində 343 kiloqram nəticə göstərərək bürünc medal əldə edib.

Azərbaycan millisini yarışda, həmçinin Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (59 kiloqram), İlhamiz Kərimov (107 kiloqram), Zəhra Dadaşova (61 kiloqram) və Leyla Kərimova (79 kiloqram) təmsil edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
2
azertag.az

3Sources