EN

Beynəlxalq konfrans iştirakçıları Şuşa həbsxanasında oldular

ŞUŞA, 10 oktyabr. TELEQRAF

İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçıları Ağdərədən sonra Şuşaya səfər ediblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçıları Şuşa şəhəri ilə tanış olublar.

Daha sonra onlar vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qoyduqları Şuşa həbsxanasınya baş çəkiblər.

Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərinə ziyarəti nəzərdə tutulur.

Chosen
17
teleqraf.com

1Sources