EN

AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir - PUTİN

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Bakı arasındakı gərginliyi “dövlətlərarası böhran” kimi deyil, “emosiyaların böhranı” kimi qiymətləndirib. 

News365.az xəbər verir ki, o, bu barədə Düşənbədə mətbuat konfransında danışıb. 

O qeyd edib ki, Azərbaycanla münasibətlərdə dövlətlərarası böhran olmayıb. 

"Bu, emosiyaların böhranı idi və səbəbi də aydındır, biz təyyarə qəzasında insan itkisi ilə üzləşdik, məsələni araşdırmaq üçün zamana ehtiyac vardı”, - deyə Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir, hazırda yalnız “detallar və incəliklər” üzərində iş aparılır.  “Əgər bizdə real böhran olsaydı, ticarət-iqtisadi əlaqələrdə artım müşahidə olunmazdı. Bu, emosional gərginlik idi, çünki çox ağır hadisə ilə, faciə ilə qarşılaşmışdıq”, – deyə o qeyd edib. 

Dövlət başçısı əlavə edib ki, hadisə artıq arxada qalıb və münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlidir: “Ümid edirəm, biz bu səhifəni çevirmişik və bundan sonra irəliləyəcəyik.” 

Putin vurğulayıb ki, Bakı ilə heç bir dövlətlərarası qarşıdurma yaşanmayıb, yaranan çətinliklər yalnız “emosional reaksiyadan” qaynaqlanıb.

Chosen
11
4
news365.az

10Sources