EN

Zelenskinin yeni planı ABŞ-ı həyəcanlandırıb

Ukrayna prezidenti Vladimir Zelenski Şimali Atlantika Alyansını münaqişəyə cəlb etmək üçün Rusiyanın "Tomaqavk" raketlərinə sərt cavab verəcəyinə ümid edir.

Publika.az xəbər verir ki, bu barədə "National Interest" nəşri yazıb.

"Nə qədər paradoksal olsa da, Zelenski və Brüsseldəki bir çoxları son nəticədə NATO-nun 5-ci maddəsinə istinad etmək və ABŞ prezidenti Donald Trampı Amerika qoşunlarını Ukraynada yerləşdirməyə məcbur etmək üçün məhz bu cür zərbəyə ümid edirlər", - nəşrin müəllifi öz nöqteyi-nəzərini belə ifadə edib.

Eyni zamanda, qeyd edilir ki, ABŞ-ın məhdud sayda “Tomaqavk” qanadlı raketləri var.

Qeyd edək ki, bu həftə ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı qərarını demək olar ki, qəbul etdiyini, lakin keçmiş sovet respublikasının onlardan necə istifadə etməyi planlaşdırdığını anlamaq istədiyini bildirib.

Chosen
13
2
publika.az

10Sources