EN

"Barselona"nın futbolçusu İspaniya millisindən kənarlaşdırıldı

Bakı. Trend:

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Trend xəbərverir ki, "Barselona"nın futbolçusu Dani Olmo sıradan çıxıb. Bubarədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumameyilli yarımmüdafiəçidə əzələ zədəsi aşkarlanıb.O, müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, İspaniya seçməsi DÇ-2026-nın seçmə mərhələsiçərçivəsində oktyabrın 11-də Gürcüstanı, 3 gün sonra isəBolqarıstanı qəbul edəcək.

Chosen
20
1
az.trend.az

2Sources