EN

Generalın evindən 180 minlik gümüş "poqon" tapıldı

Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin keçmiş rəisi, general-leytenant Yuri Kuznetsovla bağlı aparılmış axtarışlar zamanı dəyəri on minlərlə hesablanan "paqon"lar götürülüb.

Publika.az xəbər verir ki, bu barədə TASS cinayət işinin materiallarına əsasən məlumat yayıb.

“İstintaq zamanı Kuznetsovdan 925 əyarlı gümüşdən hazırlanmış 183 929 rubl dəyərində olan "poqon"lar aşkar edilərək götürülüb”, - məlumatda deyilir.

Araşdırma zamanı həmçinin Tanzaniya və Qazaxıstana aid kolleksiyalar da daxil olmaqla 80-dən çox gümüş sikkə aşkar edilib.

Chosen
41
publika.az

1Sources