Bu gün, 11 oktyabr, dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilən bu gün qız uşaqlarının hüquqlarını qorumaq, onların təhsil, inkişaf və qərarvermə proseslərində bərabər iştirakını təmin etmək məqsədi daşıyır.
2011-ci ilin dekabr ayında verilÉ™n bu mühüm qÉ™rar 2012-ci il oktyabrın 11-dÉ™n etibarÉ™n hÉ™r il qeyd edilir. Bu günün keçirilmÉ™si dünya üzrÉ™ müxtÉ™lif mÉ™dÉ™niyyÉ™tlÉ™rdÉ™ vÉ™ cÉ™miyyÉ™tlÉ™rdÉ™ qadınların yaÅŸadığı çətinliklÉ™rin daha geniÅŸ miqyasda müzakirÉ™sinÉ™ vÉ™ hÉ™ll yollarının tapılmasına imkan tanıyır. XüsusilÉ™, erkÉ™n nikah problemi BeynÉ™lxalq Qızlar Gününün mÉ™rkÉ™zindÉ™ dayanır. Orta hesabla, 20-24 yaÅŸ arasındakı hÉ™r üç qadından biri 18 yaşına çatmadan evlÉ™ndirilib ki, bu da onların gÉ™lÉ™cÉ™k hÉ™yatlarını, tÉ™hsil imkanlarını vÉ™ iqtisadi müstÉ™qilliklÉ™rini ciddi ÅŸÉ™kildÉ™ mÉ™hdudlaÅŸdırır.Â
Qızların təhsildən kənarda qalması hələ də bir çox ölkədə ciddi sosial problemdir. BMT-nin məlumatına görə, dünyada 120 milyondan çox qız məktəbə getmir. Bunun səbəbləri sırasında iqtisadi çətinliklər, erkən nikahlar, mədəni stereotiplər və sosial maneələr göstərilir. Halbuki təhsilli qız uşağı gələcəyin savadlı anası, peşə sahibidir.
Azərbaycanda qız təhsilinin təməli H.Z. Tağıyevdən başlayır
Azərbaycanda qızların təhsil alması ideyası hələ XIX əsrin sonlarında mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə gerçəkliyə çevrilib. O, 1901-ci ildə Qafqazda ilk qızlar məktəbini təsis edərək, cəmiyyətin ən mühüm sosial tabularından birini sındırdı.
Bu məktəb Azərbaycan maarifçiliyinin və qadın azadlığı hərəkatının əsas sütunlarından biri oldu. Burada təhsil alan qızlar sonradan müəllim, tibb bacısı, ictimai xadim kimi fəaliyyət göstərərək ölkənin sosial həyatına mühüm töhfə verdilər.
Bugün bu ənənə davam edir. Azərbaycanda qızların təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Xüsusilə regionlarda təhsildən yayınmanın qarşısının alınması üçün sosial layihələr, təqaüd proqramları və maarifləndirici təşəbbüslər həyata keçirilir.
Beynəlxalq Qızlar Günü bu həqiqəti bir daha xatırladır ki, qızların təhsilinə sərmayə gələcəyə sərmayə deməkdir.