EN

Mingəçevirdə zirzəmidən körpə tapıldı

Mingəçevirdə zirzəmidən körpə tapılıb.

Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.

Həmçinin, körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Chosen
18
21
adalet.az

10Sources