AZ

Mingəçevirdə zirzəmidə körpə tapılıb, araşdırma aparılır

Mingəçevir şəhərində zirzəmidə köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
15
20
xezerxeber.az

10Mənbələr