EN

Texasda təyyarə qəzaya uğrayıb

ABŞ-ın Texas ştatının Fort-Uort şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Fox 4” telekanalının yerli filialı məlumat yayıb.

Telekanalın məlumatına görə, qəza yerində bir neçə yük avtomobili də yanıb.

Qəzanın səbəbləri və tələfatla bağlı hələlik heç bir məlumat verilməyib.

Chosen
549
1
apa.az

10Sources