Musavat.com xəbər verir ki, hadisə Fort-Uort şəhərində yerləşən Hiks aerodromu yaxınlığında baş verib. Uçuş zamanı idarəetməni itirən təyyarə aerodromun yaxınlığında bir neçə yük maşınına çırpılıb. Toqquşma güclü partlayışa və yanğına səbəb olub.
Hadisə yerinə yanğınsöndürən və xilasedici qruplar cəlb edilib. Federal Aviasiya Administrasiyası (FAA) qəzanın səbəblərinin müəyyən edilməsi üçün istintaqa başlayıb.
İlkin versiyalara görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb ola bilər. Təfərrüatlar araşdırıldıqdan sonra açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31