Tezliklə Formula 1 və ABŞ-nin ən məşhur şirkətlərindən biri olan “Apple” uzunmüddətli əməkdaşlığı elan edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Mənbəyə görə, gələn həftə ABŞ-də keçiriləcək yarış zamanı tərəflər Formula 1-in “Apple TV+” platformasında yayımlanması ilə bağlı müqaviləni açıqlayacaqlar. Bu, ABŞ ərazisində yayımları əhatə edir.
Bildirilir ki, bu əməkdaşlıq sayəsində F1 hər il 140 milyon dollar qazanacaq. Bu, hazırda ESPN-dən əldə etdiyi məbləğdən daha yüksəkdir; ESPN ilə olan müqavilə bu mövsümün sonunda başa çatır və kanal razılaşmanı yeniləməməyi qərara alıb.