EN

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verir. Cəlilabad rayon sakini polisə müraciət edərək naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini bildirib.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Chosen
45
8
veteninfo.az

9Sources