Demokrat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.
Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Bakupost” yayıb. (Qafqazinfo.az)
***
Suraxanı Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-i Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş. (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

10Sources
-
senzor.azBakıda gömrükçü öz mağazasında öldürüldü ( 22331065)
-
cebheinfo.azBakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə tutulub - YENİLƏNİB ( 22329913)
-
hurriyyet.azBAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb + FOTOLAR ( 22329565)
-
demokrat.azBakıda gömrükçü öz mağazasında öldürüldü — FOTOLAR (YENİLƏNİB) ( 22329478)
-
reyting.az16 yaşlı uşaq Gömrük İdarəsinin əməkdaşını öldürüb - Yenilənib ( 22328563)
-
ikisahil.azBakıda qətl törədilib, 16 yaşlı oğlan saxlanılıb ( 22328176)
-
xalqqazeti.azQəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub ( 22326823)
-
sherg.azBakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə tutulub - YENİLƏNİB ( 22326685)
-
mynews.azDGK-nin əməkdaşı öldürüldü: 16 yaşlı yeniyetmə saxlanıldı - YENİLƏNDİ ( 22326334)
-
yenisabah.azProkurorluq gömrük əməkdaşının öldürülməsi ilə bağlı məlumat yaydı ( 22326058)