Ermənistan Baş naziri Nikol Paşinyan Misirə işgüzar səfər edib.
News365.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.
Səfər ABŞ və Misir prezidentləri Donald Trampla Əbdülfəttah əs-Sisinin dəvəti əsasında baş tutub.