Şarm əş-Şeyxdə (Misir) Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə sülh sammiti keçirilir. Sammitə Azərbaycan və Ermənistan da dəvət olunub və dövlət başçısı İlham Əliyev Misirə səfər edib.
Sammitdə Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak ediblər.
Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt sammitdə baş nazirlər səviyyəsində iştirakları əvvəlcədən gözlənilirdi.
Həmçinin sammitə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT-nin baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də qatılacağı açıqlanmışdı.
Misir hakimiyyəti daha əvvəl açıqlamasında ölkə Prezident Abdel Fattah əs-Sisi və ABŞ lideri Donald Trampın həmsədrliyi ilə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə "Şarm əl-Şeyx Sülh Zirvəsi"nin keçiriləcəyini bildirmişdi. İran tədbirə dəvətli olsa da, hər hansı səviyyədə toplantıya qatılmaqdan imtina etmişdi.
Rusiya isə sammitdən kənarda qalıb. “Qəzzada nizamlanmaya görə təxirə salınan Rusiya-Ərəb sammiti mütləq baş tutacaq”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Yaxın Şərq sülh prosesində istənilən formatda iştirak etməyə hazırdır. İsrail Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa Misirdə keçiriləcək sülh sammitində iştirak edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib. Prezident Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Elçin Xalidbəyli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv