EN

Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamlayıb.

Həmin tədbirdən canlı yayımı təqdim edirik:

13:39

Misirdə, Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammiti öz işinə başlayır.

Oxu.Az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Abdel Fattah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin lideri Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edəcəklər.

Chosen
29
3
sonxeber.az

10Sources