EN

Trampdan Misirdə Qəzza sammitinə gecikməsi ilə bağlı ZARAFAT

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp zarafatla deyib ki, Qəzza sammitinə gələnə kimi bütün iştirakçılar artıq oranı tərk etmiş olacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.

Sammitin oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılır.

Amerika lideri hazırda İsraildə rəsmi səfərdədir. Tramp ölkə parlamentindəki çıxışı zamanı Misirdə bir tədbirə qatılmaq niyyətində olduğunu, lakin çox gec gələcəyini açıqlayıb.

"Mən gələnə qədər onlar sammit iştirakçıları artıq orada olmaya bilərlər. Amma biz yenə də cəhd edəcəyik", - Ağ Evin Prezidenti əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
81
2
redaktor.az

3Sources