EN

İlham Əliyev Yaxın Şərq masasında: Qalib Prezidentin sülh missiyası

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfərə gedib. Dövlət başçısı Şarm əl-Şeyx beynəlxalq aeroportunda Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

sssssssssssss.jpg

Sammitin əsas mövzusu Qəzzadakı humanitar böhran və regionda sülhün bərpası istiqamətində beynəlxalq səylərin koordinasiyasıdır. Tədbirdə müxtəlif bölgələrdən yüksək səviyyəli dövlət başçıları iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Fələstin lideri Mahmud Abbas ilə də görüş keçirib.


Forumda ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Emmanuel Makron, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd, Bəhreyn Kralı Həməd bin İsa, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və digər ölkə rəhbərləri iştirak edirlər. Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Pakistan, Ermənistan və Kanada sammitdə baş nazir səviyyəsində təmsil olunub.

Sammitdə həmçinin BMT baş katibi Antoniu Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta və Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar da iştirak edir.

Qəzza münaqişəsinə dair son illərin ən geniş tərkibli diplomatik toplantısı hesab edilən bu sammit ABŞ-ın dəstəyi ilə keçirilir. Vaşinqton Yaxın Şərqdə təsirini bərpa etmək və bölgədə “yönləndirilmiş sülh” mərhələsinə keçidi təmin etmək istəyir.

Azərbaycan Prezidentinin sammitə dəvət olunması təsadüfi deyil. İlham Əliyev bu tədbirə qalib ölkənin lideri kimi qatılıb. Çünki Azərbaycan öz ərazi bütövlüyünü heç bir beynəlxalq təşkilatın köməyi olmadan, təkbaşına və beynəlxalq hüquqa əsaslanaraq bərpa edib. Qalib Azərbaycanın lideri kimi İlham Əliyev artıq dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi tanınır.

hhhhhhhhhhh.jpg

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalçılığa son qoydu, Qarabağda 30 illik ədalətsizliyə son verildi və regionda dayanıqlı sülhün təməli məhz Bakı tərəfindən atıldı. O, müharibədən sonra da ardıcıl şəkildə Ermənistanı sülhə təşviq edən, sabitlik və əməkdaşlıq təklif edən lider kimi çıxış edir.

Bunu xatırlatmaq yerinə düşər ki, məhz İlham Əliyevin iradəsi nəticəsində bu il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamə imzalanıb. Bu sənəd Cənubi Qafqazda sülh prosesinə beynəlxalq zəmanət kimi dəyərləndirilir və Azərbaycanın regionda etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən Zəngəzur marşrutu layihəsi Azərbaycanı regionun logistika mərkəzinə çevirir. Bu, həm Türk dünyasını birləşdirən əsas nəqliyyat xətti, həm də Qərb və Şərq arasında strateji enerji və kommunikasiya körpüsüdür.

DAHLİZ.jpg

Məhz bu kontekstdə İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti həm qalib liderə hörmət, həm də Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilir.

Azərbaycanın bu sammitdə iştirakı həm də onun balanslı və praqmatik xarici siyasətinin təntənəsidir. Bakı həm İsrail, həm də Fələstinlə diplomatik münasibətlərə malikdir, hər iki tərəflə əməkdaşlıq edir və Yaxın Şərqdə sülh və humanitar sabitlik naminə real vasitəçi rolunu oynayır.

Ekspertlərin fikrincə, Azərbaycanın bu forumda təmsil olunması ölkəmizin qlobal diplomatiyada artan nüfuzunun bariz sübutudur. Bu, həm də İlham Əliyevin Cənubi Qafqazın lideri kimi beynəlxalq arenada qəbul edildiyini təsdiqləyir.

Qeyd edək ki, Şarm əl-Şeyx sammiti Prezident İlham Əliyevin oktyabr ayında iştirak etdiyi dördüncü beynəlxalq toplantıdır. Bu ay ərzində dövlət başçısı dörd müxtəlif beynəlxalq sammitdə iştirak edib və hər biri ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın xarici siyasətində strateji mövqeyini möhkəmləndirib.

1–2 oktyabr tarixində Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti baş tutub. Bu toplantıda Avropa dövlətlərinin yüksək səviyyəli nümayəndələri bir araya gələrək qitədə siyasi və iqtisadi inteqrasiyanın inkişafı, təhlükəsizlik məsələləri və regional əməkdaşlıq mövzularını müzakirə ediblər.

Azərbaycan Prezidentinin iştirakı Bakı üçün Avropa ilə əlaqələrdə balanslı, praqmatik və neytral siyasətini nümayiş etdirmək baxımından əhəmiyyətli olub.

KKKKKKKKKKK.jpg

Prezident İlham Əliyevin Danimarkanın baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı böyük nəticələrlə yadda qalıb.

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu tədbir Türk dünyası üçün strateji əhəmiyyət daşıyır və iştirakçı dövlətlər arasında iqtisadi, mədəni və siyasi əməkdaşlığı dərinləşdirir.

Azərbaycan burada yalnız regional lider mövqeyini göstərməyib, həm də təşkilat çərçivəsində birgə layihələrin və prioritetlərin müəyyənləşdirilməsinə töhfə verib. TDT sammiti, həmçinin Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı siyasi vizyonunu və regional birliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərini beynəlxalq səviyyədə nümayiş etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

qqqqqqqqq.jpg

9–10 oktyabr tarixində Düşənbədə MDB sammiti baş tutub. Bu toplantıda iştirak edən ölkələr əsasən postsovet məkanının siyasi və iqtisadi gündəliyini müzakirə ediblər. Sammit çərçivəsində Azərbaycan regionda sabitliyi təmin edən və balanslı siyasət yürüdən ölkə kimi çıxış edib. Prezident İlham Əliyev burada həm regional əməkdaşlığın inkişafını, həm də Azərbaycanın beynəlxalq münaqişələrdə neytral vasitəçi kimi rolunu vurğulayıb. Bu sammit Azərbaycanın MDB çərçivəsində həm siyasi, həm də iqtisadi təşəbbüslərini beynəlxalq səviyyədə dəstəkləməsi üçün əhəmiyyətli platforma olub.

ddddddddddddd.jpg

Prezident İlham Əliyevin Misirdəki Yaxın Şərq Sülh Sammitində iştirakı isə Azərbaycanın dünyada sülhü təşviq edən, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdən dövlət kimi mövqeyini bir daha möhkəmləndirib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
33
36
musavat.com

10Sources