EN

Şəkidə sahibsiz it sürüsü evə hücum edib

Şəki rayonunda sahibsiz it sürüsü yaşayış evinə hücum edib.

"Report"un məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Sadəddin Allahverdiyevə məxsus evə hücum edən sahibsiz it sürüsü iki qoyunu parçalayaraq öldürüb, birini isə yaralayıb.

Şəki Rayon Heyvan XÉ™stÉ™liklÉ™ri vÉ™ Baytarlıq xidmÉ™tindÉ™n bildirilib ki, bu il dÉ™ epizootik plana uyÄŸun olaraq sahibsiz itlÉ™r arasında quduzluÄŸa qarşı vaksinasiya hÉ™yata keçirilib:

"Bundan başqa, epizootik durumu sabit saxlamaq üçün ətraf ərazilərə aldadıcı yemlər də qoyulub".

Şəki Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlara yerləşdirilməlidir:

"Hazırda şəhərdə sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır. Şəhər ərazisində bu problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökümət təşkilatlarına müraciət olunub. Bu məsələyə heyvansevərləri də cəlb etməklə, Şəki şəhərində sahibsiz küçə itlərinin qısırlaşdırılmasının təşkili nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır".

Chosen
13
7
anews.az

8Sources