EN

Azərbaycan diplomatiyasının uğur möhürü - qürurverici hadisə

"Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə etdiyi işgüzar səfər dövlətimizin dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada dayandığının bir daha bariz sübutudur".

Bu sözləri Musavat.com-a sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov deyib.

FİKRET

O xatırladıb ki, Şarm əl-Şeyx şəhərində keçirilən və 20-dən çox ölkənin dövlət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə İsrail və ya HƏMAS nümayəndələri yoxdur:

"İsrail digər səbəblərlə yanaşı, həm də dini narahatlıqlar səbəbindən sammitdə rəsmi olaraq iştirak etmir. Sammitin əsas məqsədi Qəzzada atəşkəsin möhkəmləndirilməsi, hərbi əməliyyatların yenidən başlanmasının qarşısının alınması və Yaxın Şərqdə sülh prosesinin irəliləməsidir. Beynəlxalq münasibətlər sistemində müxtəlif ölkələrin, xalqların, geosiyasi aktorların maraqlarının toqquşması Yaxın Şərq regionunun əhəmiyyətini daha da artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin belə mötəbər və bütün dünyanın diqqətində olan, Yaxın Şərqdə illərdir arzu edilən sülhün gətirilməsində tarixi rolu olacaq bir tədbirə ABŞ və Misir liderləri tərəfindən dəvət olunması və dövlətimizin başçısının dünyada gedən proseslərə ciddi təsir edə biləcək siyasi liderlərlə bir araya gəlməsi olduqca qürurverici bir hadisədir.

Son illər ərzində dünya siyasət meydanında Azərbaycan diplomatiyasının gücünü göstərən elə addımlar atılıb ki, indi biz bunun nəticələrini görürük. Dünya siyasət meydanında artıq iri dövlətlərin möhürləri ilə yanaşı, daha bir möhür də var – bu da Azərbaycan diplomatiyasının uğur möhürüdür.

Azərbaycanın həm İslam ölkələri, həm də İsraillə eyni vaxtda əlaqələri inkişaf etdirməsi diqqətəlayiqdir. Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, müxtəlif dini və milli qrupları birləşdirə bilmiş, siyasi dialoq və əməkdaşlığa əsaslanan balanslaşdırılmış aktor obrazı yarada bilib. Yaxın Şərqdəki son gərginlik Azərbaycan üçün həm strateji maraq, həm də narahatlıq mənbəyidir".

Cavanşir ABBASLI
Musavat.com

Chosen
14
musavat.com

1Sources