EN

Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirildi -AZƏRBAYCAN PREZİDENTİ TƏDBİRDƏ İŞTİRAK EDİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

 

Senzor.az bildirir ki, dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.

 

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşılayıb, sonra birgə foto çəkdirilib.

 

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamlayıb.

 

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdiriblər.

 

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.

 

Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq deyib: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.

 **

Sonra sülh sazişinin imzalanması mərasimi olub.

**

İmzalanma mərasimindən sonra bəyanatla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp bir daha Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirib: “Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 31 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun”.



























Chosen
6
26
senzor.az

10Sources