Kabo Verde gələn il keçiriləcək Dünya Çempionatına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, onlar tarixlərində ilk dəfə mundialda çıxış edəcəklər.

Afrika zonasında, D qrupunda mübarizə aparan komanda 23 xalla lider kimi vəsiqəni əldə edib.

Onlar qitəsinin ən güclü komandalarından olan Kamerunu qabaqlayıb.

Qeyx edək ki, uzun müddətdir yığmaya dəvət almasa da, bizə yaxşı tanış olan Patrik və Leandro Andrade də kabo verdelidir.

Onların əhalisi cəmi 560 mindir.