EN

“Ceyms Bond” filmləri silahsız təqdim olunub

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Amazon" şirkətinin platforması 5 Oktyabr - Ceyms Bond Günündə "Ceyms Bond" filmlərinin posterlərindən silahları götürüb. Reyting.az "The Verge" nəşrinə istinadla bildirir ki, məşhur filmin azarkeşlərinin kütləvi tənqidlərinə tuş gələn "Amazon" geri çəkilməyib və öz posterlərini yeniləyib. Şirkət onları müxtəlif zamanlarda lentə alınmış filmlərdən götürülən kadrlarla əvəzləyib. Artıq bu şəkillərdə qəhrəmanların əlində silah yoxdur.Hazırkı görüntülərə adət etməyən azarkeşlər şirkəti həm silahların çıxarılmasına, həm də posterlərin keyfiyyətsiz görünməsinə görə tənqid ediblər.Tənqidlərdən sonra "Amazon" səssizcə və bir daha posterləri dəyişib - indi onların yerində filmlərdən kadrlar olsa da, artıq bu şəkillərdə silah görünmür."Amazon" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Şirkət isə hazırda Denni Vilnövün rejissoru olduğu, Stiven Naytın ssenarisi ilə növbəti dəfə "Ceyms Bond " filminin üzərində işləyir. Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
reyting.az

2Sources