Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 13 milyard 48,1 milyon manat məbləğində investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7 faiz artıb.
İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və ya 51 faizi məhsulistehsalısahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 57,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.