AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 3 milyard manata yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,991 milyard manat məbləğində investisiya edilib.

Publika.az xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 38 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 2,244 milyard manatı neft-qaz sektoru, 746,4 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 23 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,2 dəfə artıb.

Seçilən
30
2
publika.az

10Mənbələr