EN

DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı

DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin barəsindəki həbs müddəti 4 ay uzadılıb.

AFN.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib. İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin uzadılmasını tələb edib. Vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb.

Hakim vəsatəti əsaslı sayaraq təmin edib. Qərara əsasən, M.Şəkiliyevin həbsdə saxlanılma müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, DTX bu ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin 21 iyun tarixli sərəncamına əsasən, Musa Şaban oğlu Şəkiliyev icra başçısı vəzifəsindən azad edilib. Hazırda onun rəhbərlik etdiyi dövrdə yol verilən qanun pozuntuları və xüsusilə külli miqdarda mənimsəmə faktları araşdırılır.

Chosen
18
6
afn.az

10Sources