EN

"Millimiz rəqibindən daha gümrah göründü" - Füzuli Məmmədov

Bu gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə üz-üzə gələn Azərbaycan yığması 1:2 hesabı ilə məğlub oldu. "Neftçi"nin və U-17 yığmamızın sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb Polşanın Krakov şəhərində baş tutan matç barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Narahatlıq doğuran əsas məqam 3 günlük intervalla oynamağın mümkün fəsadları idi. Amma millimiz rəqibindən daha gümrah göründü. Millinin baş məşqçisi Ayxan Abbasov düzgün taktika seçmişdi. Məqsəd yaxşı müdafiə olunub rəqibi əks-hücumlarla cəzalandırmaq idi. Belə həmlələrin birində yüzfaizli qol epizodunu boşa versək də, digərində qol vurduq. Milli uduzsa da, futbolçularımızın əzmkarlığını bəyəndim. Oyundan-oyuna yığmamızın daha yaxşı görünəcəyinə əminəm".

Nihat

Chosen
14
1
fanat.az

2Sources