EN

ABŞ Venesuela sahilləri yaxınlığında “narkoterrorçu” gəmiyə zərbə endirib

Tramp əməliyyatın ABŞ-nin cənub komandanlığı zonasına daxil olan ərazidə həyata keçirildiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuela sahilləri yaxınlığında “terrorçu narkotik şəbəkəsinə aid” gəminin vurulduğunu açıqlayıb. O, “Truth” platformasında yazıb ki, bu gün səhər Müdafiə naziri tərəfindən “ölümcül kinetik zərbə” əmri verilib.

Trampın sözlərinə görə, zərbə ABŞ-ın Cənub Komandanlığının (USSOUTHCOM) məsuliyyət zonasına daxil olan ərazidə, beynəlxalq sularda həyata keçirilib: “Kəşfiyyat məlumatları gəminin narkotik ticarəti ilə məşğul olduğunu və beynəlxalq narkoticarət-terror şəbəkələri ilə əlaqəsi olduğunu təsdiqlədi. Gəmi DTO-nun tanınmış marşrutu üzrə hərəkət edirdi. Zərbə nəticəsində gəmidə olan altı narkoterrorçu həlak olub”.

ABŞ administrasiyası bu əməliyyatı regionda narkoticarətə qarşı mübarizənin bir hissəsi kimi qiymətləndirir. Eyni zamanda, hadisə Venesuela hökuməti ilə münasibətlərin yenidən gərginləşməsi ehtimalını gündəmə gətirib.

Poliqon.info

Chosen
37
26
poliqon.info

10Sources