EN

Sabirabadda yol-nəqliyyat hadisəsi ölümlə nəticələndi

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" xəbər verir ki, rayonun Əsgərbəyli kənd sakini 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu “QAZ-3110” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb. Baş verən qəza zamanı H.Əbilov müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya çatdırılıb. Maşında olan həmyerlisi 67 yaşlı Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
29
1
olke.az

2Sources