EN

Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib (VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya SeqodnyaBeynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoruDmitri Kiselyova müsahibə verib.

Trendmüsahibəni təqdim edir.

-Cənab Prezident, Azərbaycan üçün və bütün dünya üçün buqədər çətin bir vaxtda Sizə suallar verməyə yaratdığınız imkanagörə Sizə ürəkdən təşəkkür edirəm. Beləliklə, icazənizlə, birincisualı verim. Siz sentyabrın 27-dən başlanmış hərbi əməliyyatlarınnəticələrini necə qiymətləndirirsiniz? Sizin hesablamalara görətərəflərin itkiləri nə qədərdir və əsirlər çoxdurmu?

-Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrininnövbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücumdeyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətənkiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi.Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbiqulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistantərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısısaxlanıldı. Hazırda o, ifadə verir. Sentyabrın sonunda bizimyaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı.Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçulararasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxınkəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, yada zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdansonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, ocümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsinəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adamyaralanıb.

Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görəerməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbiqulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başaçatandan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinəgəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənindərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzisahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağrelyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə dahamünasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədənCəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi,Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətliSuqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağsilsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizinərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davametdiririk.

-Cənab Prezident, Suriyadan və ya Livandan olanmuzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədəmüxtəlif mənbələrdən xəbərlər eşidirik. Buna nə dərəcədə inanmaqolar?

-Bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hər hansı xaricihərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçüvar. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfəartırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onlarınqarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdəəlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belətexniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatlarıvasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbitexnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqavasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur.Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə biziməlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalqterrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısaterror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusənbizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heçvaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik.Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edənxarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç birsübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heçbir əcnəbi muzdlu yoxdur.

-Cənab Prezident, 10 oktyabr tarixli Moskvarazılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir.Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başadüşürsünüz?

-Bu prinsiplər uzun illər ərzində, deyərdim ki, 10 ildən artıqmüddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə işprosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çoxfəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlaristənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir.Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getməkarzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indikirəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədərəldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqlarınformatını dəyişməyə, qondarma "Dağlıq Qarabağ respublikası"nınqondarma "hakimiyyət orqanları"nı danışıqlara cəlb etməyə cəhdgöstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minskqrupunun həmsədrləri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılıb.Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azadolunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmişərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə DağlıqQarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın vəKəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar,o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrindəyerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlərəvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlıköçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ MuxtarVilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və DağlıqQarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusununmüəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək,Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardırvə onları biz hazırlamışıq. Lakin Ermənistanın yeni hakimiyyətorqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçünqəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar.Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə nazirideyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyəhazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi,nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəfvəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli vəatəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdansonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraqatəşkəsi vəhşicəsinə pozub.

-Cənab Prezident, kompromislər barədə danışmalı olsaq,hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir həddvarmı ki, Siz heç bir halda həmin həddən artıq geriçəkilməzsiniz?

-Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqehəm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistanqüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsizçıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımındanbeynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişəpraqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masasıüzərində olan variantlar bunu aşkar göstərir. "Qırmızı xətlərə"gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupununhəmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heçbir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağınmüstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eynizamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə DağlıqQarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşıyaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayışməntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğuBakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərləazərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onlarınarasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaqmümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrinnəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünləröz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkünkompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədərgeniş açıqladım.

-Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıqtarixə düşüb və Siz artıq bu müharibənin tarixinin birhissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz?

-Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanlarıniztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki,Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistanüçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bufaktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma "DağlıqQarabağ ordusu" yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığıbirləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır.Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindənçağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama,Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilanagöndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu günErmənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdətanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz-istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaqbaxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların özəzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil.Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa birməsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çoxböyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinəheç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbiqulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Ermənihərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaqistədiyi torpaqda həlak olurlar.

Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllərheç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsasamalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədəolduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək vəölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təminetməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isəartıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqınıniradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki,bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onlarınfikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən DağlıqQarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsasolub.

-Cənab Prezident, sağ olun. Mən nəzərdə tutduğumsualların hamısını verdim. Bəlkə Siz daha nə isə əlavə etməkistərdiniz?

-Mən bu fürsətdən istifadə etmək istərdim. Yeri gəlmişkən, özsözlərimi çoxmilyonluq Rusiya auditoriyasına çatdırmaq üçün buimkana görə təşəkkürümü bildirirəm. Sadəcə istərdim ki,Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bumünaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəliffikirlər olur. Sadəcə faktlara istinad etməklə, əslində, nələr başvermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinəçatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanıİbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığınınRusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovunşəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsiadlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəstanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisibarədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regionakütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə ikiRusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İranərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağregionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağıntarixən kimə məxsus olması barədə.

Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan XalqCümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan XalqCümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik,Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsininertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsibarədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə QafqazBürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimiAzərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibindəsaxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir.SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəmki, hamıya məlumdur. Əslində, SSRİ-nin dağılması da DağlıqQarabağda separatizmdən başlandı. Bu, bir növ tətik oldu. Axı,çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, buhadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tezdeyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlərazılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mənbunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bucür vasitələr işə salınmışdı. Onu daxildən partlatmaq, nifaq toxumusəpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləriparçalamaq - yeri gəlmişkən, belə də oldu. Buna görə də, sadəcə, butarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və deməkistərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq,qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvəbuna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaqsalmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həmRusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsindəbiz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya vəAzərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizimölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansıqonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazasıbaşa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgərErmənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı gücləqaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabahhazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işindəaparıcı rol oynamaqda davam edəcək. Buna görə sizin kanalınızvasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoşarzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalıAzərbaycana səfər edib. Ümidvaram ki, pandemiyadan sonra budinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlarda bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimihiss edirlər.

-Cənab Prezident, bu səmimi müsahibəyə görə çox sağolun.

- Sağ olun.

Məqalədə:
Chosen
63
1
az.trend.az

2Sources