EN

Zelenski məndən “Tomahawk” raketləri istəyəcək - TRAMP

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrımn 17-də ondan “Tomahawk” tipli qanadlı raketlərin verilməsini xahiş etməyi planlaşdırır.

Ağ Ev rəhbəri bunu argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən artıq Zelenskinin nə deyəcəyini bilirəm. O, silah istəyir. O, ‘Tomahawk’ almaq istər”, – Tramp vurğulayıb.

“Hamı onları istəyir. Bizdə ‘Tomahawk’ çoxdur. Sizə lazım deyil?” – deyə Tramp zarafatla Mileyə müraciət edib.

Chosen
29
3
herbiand.az

10Sources