EN

Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatdı

Ermənistanda Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin (Ktriç Nersisyan) qohumu Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb.

Hüeftelik.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yepiskop istintaq idarəsinə aparılıb.

Həmçinin, Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs edilib.

Vəkil Ara Zohrabyan bildirib ki, ümumilikdə Ermənistanda saxlanılan keşişlərin sayı 6-ya çatıb. Araqatsotn yeparxiyasının 6 nümayəndəsi saxlanılıb.

Keşiş Paren Arakelyandan əlavə daha 5 keşiş və bir neçə mülki şəxs Ermənistan İstintaq Komitəsindədir.

Chosen
19
4
heftelik.az

10Sources