EN

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alındı

BAKI, 15 oktyabr. TELEQRAF

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məhkumla qısamüddətli görüşə gəlmiş atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
63
15
teleqraf.com

10Sources