AZ

Ata həbsdəki oğluna tərliyin içərisində narkotik keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısını alıb.

Azreform.info xəbər verir ki, məhkumla qısamüddətli görüşə gələn atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
23
azreform.info

10Mənbələr