EN

Azərbaycandan Gürcüstana təbii qaz ixracının həcmi artıb

Bakı. Trend:

Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana 169,5milyon ABŞ dolları dəyərində 1,6 milyard kubmetr (qaz halında)təbii qaz ixrac edilib.

Trend bu haqdaAzərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğifadəsində 62 milyon dollar və ya 1,6 dəfə, həcminə görə isə 922milyon kubmetr və ya 2,5 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarındaAzərbaycandan Gürcüstana təxminən 629,1 milyon kubmetr təbii qazixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 107,2 milyon ABŞ dollarıidi.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandanxaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyardkubmetr təbii qaz ixrac edilib.

Məqalədə:
Chosen
49
6
az.trend.az

7Sources