EN

Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə regional sülh və ikitərəfli əməkdaşlığı müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycanın Almaniya ilə ənənəvi dostluq və yaxşı münasibətləri olub", - paylaşımda qeyd olunub.

Chosen
38
25
turkic.world

10Sources