Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:
"Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır", paylaşımda qeyd olunub.
Bundan başqa, Prezidentinin köməkçisi Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə də görüş keçirib.
"Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycanın Almaniya ilə ənənəvi dostluq və yaxşı münasibətləri olub", - deyə Prezidentinin köməkçisinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd olunub.
ZÜMRÜD