EN

Hikmət Hacıyev Almaniya XİN dövlət katibi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib.

News24.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında məlumat yayıb.

“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub”,- Hikmət Hacıyev qeyd edib.

Chosen
117
25
news24.az

10Sources