Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 15:00-da "Neftçi" "Ordu" ilə qarşılaşacaq. 17:00-da isə "Murov Az Terminal" "Azərreyl" matçı start götürəcək.

Qeyd edək ki, hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.