EN

"Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı" - Prezident


Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı. Bu fikri Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.

Chosen
37
35
baki-xeber.com

10Sources