EN

Əgər avtomobili zəif olarsa, Rassel “Mercedes”i tərk edə bilər

Idman.biz saytına istinadən ain.az xəbər verir.

27 yaşlı britaniyalı “Formula-1” pilotu Corc Rassel 2026-cı il mövsümünün sonunda bolidi rəqabətədavamsız olarsa, “Mercedes” komandasını tərk edə bilər.

İdman.Biz bu barədə “Motorsport Italia”ya istinadən xəbər verir.

O, alman komandası ilə yeni müqaviləsini uzadarkən, müqaviləyə xüsusi bənd əlavə edilib. Bəndə əsasən, britaniyalı üçün yeni qaydalara uyğun avtomobil hazırlanmasa, o titul qazanmağa qadir olan başqa komandaya keçə və müqaviləni ləğv edə bilər.

“Mercedes” oktyabrın 15-də 2026-cı il mövsümü üçün sürücü heyətini açıqlayıb. Komandanın hazırkı sürücüləri Corc Rassel və Andrea Kimi Antonelli sürücülük dueti olaraq qalacaqlar. Onların yeni müqavilələrinin şərtləri açıqlanmayıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
1
icma.az

2Sources