EN

Bu ölkədə 13 saatlıq iş günü tətbiq olunacaq

Yunanıstan parlamenti sahibkarlara 13 saatlıq iş günü tətbiq etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Ölkə.az xəbər verir ki, bu barədə "Mesogeios TV" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əmək Nazirliyinin qanun layihəsi çevik iş qrafiki, 13 saatlıq iş günü, işə qəbul və işdən azad etmə prosedurlarının sadələşdirilməsi, həmçinin dörd günlük iş sistemi ilə bağlı qaydaları da əhatə edir.

Qanun layihəsi parlamentdə kəskin etirazlar, tətil və gərgin debatlara baxmayaraq qəbul edilib.

Bildirilir ki, yeni qanuna əsasən, işəgötürənlər 13 saatlıq iş gününü ildə yalnız 37 dəfə tətbiq edə biləcəklər. Bu hallarda işçilərə saatlıq əməkhaqlarının 40%-i miqdarında əlavə ödəniş veriləcək.

Həmidə İbrahimova

Chosen
105
1
olke.az

2Sources