ain.az, News24 portalına istinadən məlumat yayır.
Dünyadakı ölkələr yalnız sərhədləri və bayraqları ilə deyil, həm də özünəməxsus ləqəbləri ilə tanınır.
News24.az xəbər verir ki, bu ləqəblər tarix, mədəniyyət, təbiət, adət-ənənə və beynəlxalq baxışlardan qaynaqlanır. Bəzi ölkələr təbiəti ilə, bəziləri tarixi ilə, digərləri isə simvolik xüsusiyyətləri ilə məşhurdur. Yeni açıqlanan siyahıda qardaş Türkiyə diqqət çəkən bir ləqəblə yer alıb — “Şərq və Qərb arasındakı körpü”.
Bu ləqəb Türkiyənin coğrafi mövqeyi, mədəni zənginliyi və tarix boyu fərqli mədəniyyətlər arasında vasitəçi rolunu vurğulayır.
Digər ölkələrin seçilmiş ləqəbləri:
Sudan: Qara qitənin ölkəsi
Albaniya: Qarğa ölkəsi
Belarus: Bataqlıq ölkəsi
Fil Dişi Sahili: Kakao ölkəsi
Tunis: Yasəmən ölkəsi
Ermənistan: Daşlar ölkəsi
Venesuela: Zəriflik ölkəsi
Özbəkistan: İpək yolunun kəsişməsi
Qazaxıstan: Böyük bozqır ölkəsi
Monqolustan: Əbədi göy səmalar ölkəsi
Küveyt: Qara qızıl ölkəsi
Lüksemburq: Avropanın yaşıl ürəyi
Bolqarıstan: Güllər ölkəsi
Finlandiya: Min göl ölkəsi
Belçika: Vafli və şokolad ölkəsi
Danimarka: Vikinqlər ölkəsi
Hollandiya: Külək dəyirmanları və lalə ölkəsi
Almaniya: Şairlər və fəlsəfəçilər ölkəsi
İran: Aryanların ölkəsi
Sinqapur: Şir şəhəri
Yeni Zelandiya: Uzun ağ bulud ölkəsi
Böyük Britaniya: Ümid və qələbə ölkəsi
Rusiya: Çarların ölkəsi
Yaponiya: Doğan günəş ölkəsi
Braziliya: Müqəddəs xaç ölkəsi
Çin: Qırmızı əjdaha
ABŞ: Azadlıq ölkəsi
Bu ləqəblər ölkələrin mədəniyyətini, tarixini və xüsusiyyətlərini daha yaxından tanımağa kömək edir.
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.