EN

Kiss qrupunun aparıcı gitaristi öldü

BAKI, 17 oktyabr. TELEQRAF

Kiss qrupunun aparıcı gitaristi Pol “Ace" Freyli 74 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Variety jurnalı məlumat yayıb.

Məlumata görə, musiqiçi oktyabrın 16-da daha əvvəl yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı Freylinin beynində qanaxma baş vermişdi və buna görə o, planlaşdırılmış konsertlərini ləğv etməli olmuşdu.

“Biz onun bütün gözəl xatirələrinə, gülüşünə qiymət veririk və başqalarına bəxş etdiyi güc və yaxşılıqla onu yad edirik. Onun inanılmaz həyat nailiyyətlərini əbədi xatırlanacaq!” - Freylinin ailəsi açıqlamasında bildirib.

Pol Freyli Kiss qrupunda 1973-cü ildən 1982-ci ilə qədər çıxış edib.

Chosen
146
teleqraf.com

1Sources