EN

Futbolçu oyun zamanı öldü

Qazaxıstanda 19 yaşlı futbolçu Dias Toleu dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Birinci Liqa klubu "Xan Tenqri"nin vingeri çempionatın 25-ci turunda "Ekibastuz"la oyun zamanı vəfat edib. O, 64-cü dəqiqədə meydançada yıxılıb. Gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

QFF yetkililərinin vəziyyəti aydınlaşdırmaq üçün dərhal Almatıya uçduğu da qeyd edilib.

 



Chosen
98
1
news24.az

2Sources