Qazaxıstanda 19 yaşlı futbolçu Dias Toleu dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Birinci Liqa klubu "Xan Tenqri"nin vingeri çempionatın 25-ci turunda "Ekibastuz"la oyun zamanı vəfat edib. O, 64-cü dəqiqədə meydançada yıxılıb. Gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
QFF yetkililərinin vəziyyəti aydınlaşdırmaq üçün dərhal Almatıya uçduğu da qeyd edilib.