EN

Siyavuş Novruzov Tənzilə Rüstəmxanlıya etiraz etdi

Deputat Tənzilə Rüstəmxanlı parlamentdə çıxışı zamanı 18 Oktyabr – Müstəqilliyinin bərpası günü münasibətilə təbriklərini çatdırdıqdan sonra Milli Məclisdə Ulu öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb. 

Modern.az xəbər verir ki, deputat Siyavuş Novruzov isə həmkarının fikirlərində yalnışlıq olduğunu bildirərək, müstəqilliyə parlamentdə 271 nəfər səs verdiyini vurğulayıb, həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb. 

“Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib”.

 “Çıxışlarda bəzi nöqsanlar olur. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacam”,- spiker Sahibə Qafarova müzakirələrə cavab olaraq bildirib.

Chosen
106
2
modern.az

8Sources